Xəzan gedir, yenə xoş nov baharın ətri gəlir,
Könül, sevin, sevin, ol gül`üzarın ətri gəlir.
Məgər ki, babi – Behişti açıq qoyub Rizvan,
Səbayi – sübh ilə zülfi – nigarın ətri gəlir.
Zamandı Yusufi - əsrin yolun gözətlərsən,
Yetir təmamə, gözüm, intizarın, ətri gəlir.
Yolun yəqin ki, düşüb Kərbəladən, ey qasid,
Bu namədən o müəttər məzarın ətri gəlir.
Bəla ziyadə gələrsə, fərəc nişanəsidir,
Ey Əmri, şükr elə Allahə, yarın ətri gəlir.
Müəllif _ Ağasəlim Əmri Binəli