Deputat Tahir Kərimli:
"Zəhmət çəkin, insanların problemlərini həll edin. Qaz, su, işığı havayı, ya da qəpik-quruşa edin. Mən bəzi yerlərə gedəndə insanların üzünə baxa bilmirəm. Biz şəhid ailələri və qazilər üçün işıq, qaz, suyun ödənişsiz olması ilə bağlı qərar qəbul etməliyik. Bu, onların haqqıdır. Bəzi ailələr var ki, ancaq bir otaqda qaz-işıq yandırıb onun ətrafında isinir. Çıxan kimi işığı da söndürür. Biz bu məsələləri tənzimləməliyik."