Sənində səhvin var,mənimdə səhvim, Yuyulan deyilik qarla,yağışla. Bu sözü edirəm beləcə təqdim, Nə mən bağışlayım,nə sən bağışla.. Sən öz yoluna get,mən öz yoluma, Ayrılaq! Bəlkədə budur doğrusu. Həsrətin zəncirin taxıb qoluma Sayılım gözlərinde ürək oğrusu.. Unudaq dünəni,yaşananları Xatirə dəftərin cıraq,yandıraq. O gözəl günləri,gözəl anları Büllur şüşə kimi vuraq sındıraq.. Çıxsın gözlərinin rəngi yadimdan Adın çəkilənde təəccüblənim. Geriyə boylanım,baxım bircə an Ötən günlərimə təəssüflənim.. Sağalar yaralar,sağalar əlbət Ağlama,nə olar,görünmə kövrək. Mənli günlərinin üstə çəkib xətt, Çalış unutmağa səndə mənimtək, Çalış unutmağa səndə mənimtek.