Yaşaya bilmədik düzgün həyatı,
Bədəndən ayrılıb başımız itib.
Indi yaşayırıq sürgün həyatı,
Ruhumuz didərgin, nəşimiz itib.
Cənnəti günahla ləkələmişik,
Belə səhvi necə düzəldərik biz?
Özümüz günahla ləkələnmişik,
Cənnətdən qovulan mələklərik biz.
Dilimiz öyrəşib yalana daha,
Hətta yatanda da sayıqlayırıq.
Güman da qalmayıb limana daha,
Sahilsiz dəryanın qayıqlarıyıq.
Ümüd də yox, görüşmərik biz daha.
Ayrılmışıq qovulanda cənnətdən.
Görüşməyə gəlməz üzümüz daha,
Utanarıq ləkəli məhəbbətdən.. -