2004-ün iyulu idi. Axşam gün batan vaxtlar idi. Vasmoyda kafelərin birində ofisant işlədiyim vaxtlar idi. Nəsə kafe demək olar doludu. 1, 2 stol var boş. İçəri bir kişi girdi. Daha dəqiq, qapını açıb ehtiyatla (mədəni şəkildə) içəri boylanıb, mehribanlıqla salam verib, cırıq əlcəklərində tutduğu pulları işarə edərək, "mənə bir stəkan çay verə bilərsiz?" soruşdu. Adminstrator it kimi davrandı. "Soxulma içəri, get otur bayırda, gətirərlər indi"... Kişi pərt halda gülümsədi. Qapını açdığı kimi bağlayıb, gedib bayırdakı stolların lap axırında oturdu. Gedib çay götürdüm. Xrustal stəkan (ancaq müdriyyətə belə stəkanda çay verilirdi), şokolad, limon hər şeyi ilə kişinin qabağına düzdüm. Başını qald