...Darıxmışam...
Elə darıxmışam, uşaqlar kimi,
Günləri barmaqla sayacaq qədər.
Elə darıxmışam ayaq səsindən,
Onun gəldiyini duyacaq qədər.
............
Bu sevgi qəlbimdən çətin daşına,
Gör nələr açacaq hələ başıma.
Bir möcüzə ola çıxa qarşıma,
Sarılam boynuna doyacaq qədər.
...........
Çox yorma özünü ha yaz, ha oxu,
Öz başı çəkməsə anlamaz çoxu.
Bir yuxu istərəm, əbədi yuxu,
Ölüb qollarında uyacaq qədər.
............
Sanmayın bu sevgi çılğın həvəsdir,
O mənə yadikən ən doğma kəsdir.
İlahi, o səmtdən bir küləy əsdir
O qızın ətrini yayacaq qədər...