Elə ki, ayrıldıq, düşündün ki, sən,Xoşbəxt olacaqsan, ola bilmədin.Tez tələm-tələsik nişan qoydular,Heç bir il nişanlı qala bilmədin.Mənim həyatımı dağıtdığında,Elə sevinirdin, elə bil nəyəm.Üz-üzə gələndə acıq verirdin,Elə bil düşmənəm, yadam, özgəyəm...Qoymuşdun özünü saymamazlığa,Uşaqlıq sevgisin adam danarmı ?Mən başa düşmürəm, başa sal məni,Insan sevdiyindən heç utanarmı ?!Allah salamını qıymırdın mənə,Indi, salamını alan da yoxdu.Hərə öz evində, öz eşiyində,Mənim tək qayğına qalan da yoxdu.Görürsən, yenə də mən narahatam,Ayrılmış olsaq da, sevmişəm səni.Xoşbəxt olmağını arzulayıram,Hərçənd, bədbəxt biri etsən də məni…