Bir lətifə var, deyir, o vaxt İtaliyayla Azərbaycan millilərinin
oyunundan qabaq bizimkilərin baş məşqçisi futbolçulara bərk-
bərk tapşırır ki - onların ən güclü oyunçusu Del Pyerodu -
hamınız onu tutun! Oyun başlayan kimi müdafiəçimiz Tərlan
Əhmədov öz qapımıza bir top vurur. Məşqçimiz deyir, problem
yoxdu, İtaliya kimi komandaya 1 top fərqiylə uduzmaq "zor"du, siz Del Pyeronu tutun. 10 dəqiqə sonra Tərlan bir dənə də
avtoqol vurur. Məşqçi deyir, olan şeydi, siz Del Pyeronu gözdən
qoymayın... Birinci hissənin axırına yaxın gözünə döndüyüm
Tərlan Əhmədov öz qapımıza birini də qoyanda baş məşqçi
dözmür, qışqırır ki, ayə, Del Pyeronu buraxın, Tərlanı tutun!