Sən bilərsən"
Sən bilərsən insanı
Necə məhv etmək olur.
Sən bilərsən qatil ilk
Zərbəni hardan vurur.
Sən bilərsən bir könlü
Necə qırıb gedirlər,
Sən bilərsən ürəyi
Necə talan edirlər.
Sən bilirsən söz verib,
Necə sözdən qaçırlar,
Toxunulmaz ürəkdə
Necə yara açırlar.
Ustalaşmısan, daha
Gözüyumulu da edərsən.
Mən bilirəm necədir
Tərk edilən adamlar.
Mən bilirəm sevinclərə,
Gülüşlərə yad onlar.
Mən bilirəm təklikdən
Daha betər şeylər var.
Bilirəm ki, çox sevən
İnsan tez də atılar.
Mən bilirəm gecələr
Qan ağlamaq yuxusuz,
Mən bilirəm ölümə
Meydan açmaq qorxusuz,
Necə olur, bilirəm,
Süst qalmaq ac-susuz,
Büzüşmək bir kənara,
Kədərdən söz toxumaq,
Sonra həmin söz