Bir rəssam İmam Hüseynin başının kəsildiyi səhnəni çəkirmiş, bütün səhnəni çəkir, gözlərdə dayanır. İmam Hüseynə məzlum, saf gözlər, Şümürə dəhşət dolu, zalım gözlər çəkməli idi. Bir yetimxanaya gedir. Deyir, mənə buranın ən məzlum uşağını göstərin. Hamıdan kənarda dayanmış bir uşaq göstərirlər. Rəssam baxır ki, axtardığı gözlər budur. Bu uşağın gözlərini çəkir İmam Hüseynə. Şümürün gözləri üçün uzun illər axtarışda olur, bu minvalla iyirmi beş ildən artıq vaxt keçir, heç kimdə axtardığı qəddar gözləri tapa bilmir. Bir müdrik məsləhət edir ki, filan yerdə ən qatı cinayətkarların saxlandığı həbsxana var, orada axtardığını tapacaqsan. Gedir həbsxanaya, deyir, mənə buranın ən qəddar cinəyatkarı