Мы используем cookie-файлы, чтобы улучшить сервисы для вас. Если ваш возраст менее 13 лет, настроить cookie-файлы должен ваш законный представитель. Больше информации
Anadan olanda qəmli olmuşam, Ağlamaq olubdur ilk səsim mənim. Mən fələkdən qəm dərsini almışam, Həyatıma gəlmir həvəsim mənim. ********** Dərdi çox olanlar ürəkdən ağlar, Ölümə çarə yox bilir insanlar. Kəfənim üstümdə biçilən çağlar, dəyməz təbiətə nəfəsim mənim. ********** Şəhriyaram qəm ilə olmuşam yoldaş, Ömür pis keçəndə ağrımazmı baş. Fələk salsa mənnən bir dava-dalaş, Gəlməz harayıma bir kəsim mənim.