Nə olsun quruyub gözmün yaşı? Nəolsun geriyə qayıtmamışam? Hələ dəağrıyır bağrımın başı, Mən səni hələ dəunutmamışam.˚ *** Nə olsun həyatda keçirillərim, Solub pəncərədə bütün güllərim. Adınıduyanda əsir əllərim, Mən səni hələ də unutmamışam. *** Atmadım gülləri saralsa belə,Yarpağı quruyub, qaralsa belə. Yanımda özgəsivar olsa belə, Mən səni hələ də unutmamışam.*** Ötən xatirələr məni yandırır, Qəlbimə odvurub, alovlandırır. Həzin musiqilər səni andırır,Mən səni hələ də unutmamışam. *** Baxışın əbədi iz qoyub məndə, Gülüşün gül olub yaşılçəməndə. Bilirəm bu sözü deyirsən sən də, Mənsəni hələ də unutmamışam.