Мы используем cookie-файлы, чтобы улучшить сервисы для вас. Если ваш возраст менее 13 лет, настроить cookie-файлы должен ваш законный представитель. Больше информации
TALIŞLARLA BAĞLI YANLIŞ BİLİNƏNLƏR VƏ DOĞRULARI 1. Yanlış: Talışlar Farsdırlar və Talış dili də Fars dilidir. Doğru: Talışlar Fars deyillər. Talışlar və Farslar tamam ayrı-ayrı millətlərdir. Talış dili də Fars dili deyil, tamam ayrı, müstəqil bir dildir. Nə Talışlar Farsların dilini, nə də Farslar Talışların dilini anlamır. Talış dili Hind-Avropa (Indo-European) dil ailəsinin İran dilləri qrupunun Şimal-Qərb qoluna daxildir. Fars dili isə bu dil qrupunun Cənub-Qərb qoluna aiddir. 2. Yanlış: Talışlar Türk əsilli bir etnosdur. Doğru: Talışlar Türk əsilli bir etnos deyildir. Türk xalqlarının dili Altay dil ailəsinə, Talış dili isə Hind-Avropa (Indo-European) dil ailəsinə daxildir. Ayrı-ayrı ail