Мы используем cookie-файлы, чтобы улучшить сервисы для вас. Если ваш возраст менее 13 лет, настроить cookie-файлы должен ваш законный представитель. Больше информации
***Ilqar Fehmi*** Yenə xatırlayacaqsan bu evi Yenə də zəng edəcəksən: Gəlirəm Yenə də yalvaracaqsan: Gözlə, Heç yerə getmə, bu günlük səninəm. Yenə kölgən cızacaq pəncərəmi Girəcəksən elə bil öz yuvana, Yenə palton düşəcək qollarıma Yenə çantan uçacaq boş divana. Yenə sakitcə yumub gözlərini Kürəyin söykədəcəksən sinəmə Yenə guya unudub sözlərini Deyəcəksən ki, demə, heç nə demə. Yenə dinməz dayanıb bir müddət Arxadan boynuna ahlar səpəcəm Saçını sonra səliqəylə yığıb Çiyninin ağ dərisindən öpəcəm. Ağ belindən götürüb əllərimi Yenə bərk-bərk sıxacaqsan döşünə Yenə də tuş gələcək lal baxışım, Al dodaqlarını sıxmış dişinə. Sinən aramsız enib qalxınca Mən gedib bağlayacam çöl qapını. Söndürülmü