Seyyid Əzim Şirvanı - Qəzəl:
Gərçi hamıdan səfheyi-dünyada kəməm mən,
Hər vəqt ki, camım ola dəstimdə, cəməm mən.
Zahid, ramazanda mənə bu tövbəni verdin,
Get, başın üçün, tövbdə sabitqədəməm mən.
Dünyanı tutub tənətneyi-fəzlü kəmalım,
Almləri təsxir qılan möhtəşəməm mən.
Məndən nə sorursan o gülün sirri-dəhanın,
Məhv oldu vücudum, elə bil kim, ədəməm mən.
Yarani-səfa maideyi-təbimə möhtac,
İxvaneyi-Yusifdə vəliyyün-niəməm mən.
Sünbül nə güşayiş verəcək xatirə, ey gül,
Dilbəsteyi-ol kakili-pürpiçü xəməm mən.
Əmvati-məani olur ehya nəfəsimdən
Kim, aləm ara Seyyidi-ecazdəməm mən.