Ağlamaq üçün gözdən yaşmı axmalı, dodaqları gülərkən insan ağlamazmı? Sevmək üçün gözələmi baxmalı, pis vücudda gözəl ruh,qəlbi bağlamazmı? Həsrət, bir sevgidən uzaqmı qalmaqdır, sevgilin yanindaykən hicran duyulmazmı? Oğurluq-pul,dövlət,malmı oğurlamaqdır, səadət oğurlamaq oğurluq olmazmı? Solmasi üçün gülü budaqdanmı üzməli, qönçəykən bir çiçək budaqda solmazmı? Öldürmək üçün silah,bir xəncərmi olmalı, gülüş-güllə,saçlar-ip,göz-silah olmazmı?