Çəkildin göylərə asiman oldun,
Mənsə bir səhrayam…susuz səhrayam… Gah günəş,gah bulud,gah duman oldun,
Mənsə sənsiz qaldım,indi tənhayam…
Dedim ki,günəşsən hər gecə-gündüz Ömrümə-günümə nur saçacaqsan Bilmədim zülmət bir gecəni verib
İtib gözlərimdən tez qaçacaqsan…
Dedim ki,dumansan mənim qəlbimi
Çəkib öz qəlbində gizləyəcəksən,
Demə,bir küləyə sevgili olub,
Məni yad baxışla izləyəcəksən…
Sənə bulud dedim,uca göylərdən
Dərdimə-sərimə hey ağlayasan..
Demədim şimşəyə yar olub belə,
Çaxıb ürəyimi sən dağlayasan…
Deməyə sözüm yox,daha lalam mən,
Səni qınamaram məni unutsan… Özünsən…özünsən bu ürəyimdə,
Nə günəş,nə duman,nə də buludsan…
Səbuhi Əhmədov