Mən burda xəstəyəm sən orda xəstə
Gecə mən ağladım sən ağladınmı?
Göz yaşı axıdıb balıncın üstə
Sinəmi dağladım sən dağladınmı?
Fikrinə gəldimi yarım yatmayıb
Ayda dövr eləyib hələ batmayıb
Sənsə uzaqdasan əlim çatmayıb
Hirsinnən yorqanı qucaqladınmı?
Sənnən ayrılalı bilsən nə çəkdim
Ayrılıq nə imiş nə biləcəkdim
Elə sayıqlayıb adını çəkdim
Səndə RAHiD deyə sayıqladınmı?