Yaraşıqlı bir oğlan otelə daxil olur və otelin sahibini görmək istədiyini bildirir. Müdir gəldikdən sonra müştəri ilə aralarında dialoq başlayır:
Müştəri: 39-cu otaq boşdurmu?
Müdir: Bəli, cənab.
Müştəri: Tuta bilərəmmi?
Müdir: Əlbəttə.
Müştəri: Təşəkkür edirəm.
Otağına qalxmazdan öncə müştəri müdirdən xahiş edir ki, ona qara bıçaq, iynə, 25 smlik sap, və 40 qram portağal versin.
Müdir belə qəribə sifarişə təəccüblənir. Amma sifariş sifarişdir deyib, müştərinin bütün istəklərini yerinə yetirir.
Müştəri öz otağına çəkilir, əlavə heç bir şey istəmir, şam yeməyinə də düşmür. Müdiri elə maraq basır ki, müştəri qalan otağın yanındakı 38-ci otağın boş olmasından istifadə edib gecəni orda keçirmək