İKİ QARDAŞ
İki qardaş olur. Onların birlikdə işlətdikləri atalarından qalan bir tarla sahələri var idi. Hər fəsil yığımında onlar əkib-becərdikləri məhsulu yarı-yarıya bölürdülər.Qardaşlardan birisi subay, digəri isə evli idi.
Bir gün subay qardaş fikərləşir ki, o , qardaşına haqsızlıq edir. Məhsulun çox hissəsi əslində ona düşməlidir. Nədə olsa mən subayam, tək özüm özümü dolandıra bilərəm. Ancaq, qardaşımın ailəsi var, o, ailəsinə baxa bilməsi üçün ona daha çox imkan lazımdır deyə fikirləşir və bunun üçün də o hər axşam qardaşının buğda damına qardaşından xəbərsiz, xəlvət bir çuval buğda aparır. Böyük qardaş isə subay qardaşına haqsızlıq etdiyini düşünür. O, düşünür ki, bu evlidir, sabah