Yaralar qövr edir təzədən ürək,
Niyə könül verdin, ona sən ürək,
O səni sevmədi, sən niyə sevdin?!
Səni sevməyəni, sən niyə sevdin?!
Eşqinə mən qurban gedim ay ürək,
Dedim, neçə dəfə dedim, ay ürək,
Sevməyir o səni, niyə sevirsən?!
Səni sevməyəni, niyə sevirsən?!
Sözümə baxmadın, indi yan, ürək,
Yan ey mənim tək, peşman ürək,
Sevmirdi o səni, niyə sevirdin?!
Səni sevməyəni, niyə sevirdin?!..