Bir gün, bir kəndlinin eşşəyi quyuya düşər. Adam nə edəcəyini düşünərkən, heyvan saatlarla anqırar. Ən sonunda kəndli, heyvanın yaşlı olduğunu və quyunun da onsuz da bağlanması lazım olduğunu düşünər və eşşəyi çıxartmağa dəyməyəcəyinə qərar verər.
Bütün qonşularını köməyə çağırar. Hər biri bir bel götürərək quyuya torpaq atmağa başlarlar. Eşşək nə olduğunu fərq edincə, əvvəl daha bərk qışqırmağa başlar. Sonra, hər kəsin qarışıqlığını görüncə, səsini kəsər. Bir neçə bel torpaq daha atdıqdan sonra, kəndli quyuya baxar. Gözlərinə inana bilməz. Eşşək, kürəyinə düşən hər bel torpaqla müdhiş bir şey etməkdə, torpağı aşağıya silkələyərək ayaqları isə bərkidir və yuxarı çıxmasına təpə yaradır. Bir m