Dönmə geri...
Bağlanıbdır əl-qolumuz,
Dumanlıdır sağ, solumuz.
Birləşmədi eşq yolumuz,
Get, bir daha dönmə geri...
Gülüşlərin qəlbə yaddır,
Bilmirəm bu nə inaddır.
Yadda qalan sadə addır,
Get, bir daha dönmə geri...
Gözlər baxmaz gözlərinə,
Qəlb inanmaz sözlərinə,
Həsrət qalsam izlərinə,
Get, bir daha dönmə geri...
Olanları yada salaq,
Qəmdən qaçıb uzaq olaq.
Bu dünyada eşqsiz qalaq,
Get, bir daha dönmə geri...
Dərdi təkcə böləcəyəm,
Öz halıma güləcəyəm,
Həsrətindən öləcəyəm,
Get, bir daha dönmə geri...!!
Nazlı*