Inandım sizlərə, qəlbimi verdim,
Doğru axtarırdım, min yalan gördüm,
Sizə arxalandım, çoxaldı dərdim,
Yalançı dostlarım, nə deyim sizə?
Şam kimi yandınız, pərvanə oldum,
Qıştək soyudunuz, gül kimi soldum,
Sizi dərdli görüb, divanə oldum,
Yalançı dostlarım, nə deyim sizə?
Güdaza nə qədər mərdi verdiniz,
Sevinc istəyirdim, dərdi verdiniz.
Mənə dərd çəkilıniş sərgi verdiniz,
Yalançı dostlarım, nə deyim sizə?
Mələk görkəmində nadan oldunuz,
Qadan alım dedim, qadam oldunuz.
Mən elə bilirdim adam oldunuz,
Yalançı dostlarım, nə deyim sizə?
Bir meyvə vermədi bar ağacınız,
Yağdırdı üstümə qar ağacınız.
Mənimçün hazırmış dar ağacnnz,
Yalançı dostlarım, nə deyim sizə?