Мы используем cookie-файлы, чтобы улучшить сервисы для вас. Если ваш возраст менее 13 лет, настроить cookie-файлы должен ваш законный представитель. Больше информации
Bir qaranquş bir adama aşiq olur. Pəncərənin önünə qonub bütün cəsarətini toplayır, tüklərini qabardır, gözəl durduğuna əmin olduqdan sonra kiçik dimdiyi ilə pəncərəyə vurur: Tık…. Tık…. Tık…. Adam pəncərəyə baxır. İçəridə işi ilə məşğuldur. Kimdir onu işindən aralayan? Balaca bir qaranquş! Həyəcanlı qaranquş dərin bir nəfəs alaraq dimdiyindən sözlərini yağdırdı: - Hey adam! Mən səni sevirəm. Niyəsini soruşma. Uzun zamandır səni izləyirəm. Danışmağa bu gün cəsarət tapdım. Pəncərəni aç, məni içəri al. Birlikdə yaşayaq. Adam hirslə cavab verir: - Yox daha nələr! Sən hardan gəldin? Olmaz. Ola bilməz. Sən bir quşsan. Heç quş insana aşiq olar? Qaranquş pərt olur. Yenə də ümidini itirmir. Bir müdd