Mən Zəhrayam. Cəmi 1 yaş 8 aylıq Zəhra. Hələ indi-indi danışmağa başlayırdım.
Dilimi bir çox uşaqlar kimi "Nən-nə”ylə açmışdım. Çünki nənəmi çox sevirdim. O da məni hamıdan çox istəyirdi. Sahibəydi nənəmin adı. Mənə lay-lay çalırdı, əzizləyirdi, öpüb-oxşayırdı. Deyirdi ki, bir az da böyü sənə nağıl da danışacam. O nağılda boz canavarı öldürüb qarnından balaları Şəngülümü, Şüngülümü çıxardan keçi də vardı, divə qalib gələn Cırtdan da, qoğalı udan tülkü də.
Allah baba, mən çox istəyirdim ki, tez böyüyüm, nənəm bu nağılların hamısını mənə danışsın. Amma məni böyüməyə qoymadılar. Şəngülümü, Şüngülümü udan canavar məni də uddu. Yox, udsaydı, atam gəlib canavarın qarnını dağıdar, məni ordan xila