Bir Qıza
Bu gün də yolumdan saxladın məni,
Yenə də eyhamlar işini gördü.
Az qaldı ürəyim yara sinəmi,
Qəzəb qanadını üstümə sərdi...
Bir kədər dumanı məni bürüdü,
Yığdı gözlərimə nifrəti, külü.
Üstündə hər cürə daş-qaş var idi
Zərgər dükanının vitrini kimi.
Itərəm gozündən mən ilim-ilim,
Atandan danışma, heç yeri deyil.
Atan kabinetdə nazirdi, gülüm,
Mənim ürəyimin naziri deyil.
Saxta şöhrətlərə düşmənəm, yadam,
Simüzər görürəm qayəndə sənin.
Bir də həqiqəti bil ki,
mən adam
Olmaq istəmirəm sayəndə sənin...
Dünyanı görmüşəm clə bir donda,
Demirəm sevincdən dərd böyük olub,
Sənin ciblərinə pul yük olanda
Mənim ciblərimə əlim yük olub!..
Yox, yox!
Varlı olmaq ey