Sevinirdin az qalıbdı bahara,
Qış yetirib hər yeri basdı qara
Manat düşüb batmısan ahu zara,
Ay binəva, sən hara, dollar hara
Əridi qar, yollar oldu gölməçə,
Boş cib ilə nə gəzirsən tin,küçə?
Evdə vayını verəcək Gülnisə,
Muğayat ol, yaş dəyməsin şalvara,
Ay binəva, sən hara, dollar hara
" Exchange "yə baxma belə həvəslə,
Yavaş danış, söyüş söymə bu səslə,
Aksiyadan bir şey çıxmaz, a fəhlə!
Qalxıbsa da, cəhənnəmə, ya gora,
Ay binəva, sən hara, dollar hara
Əsəbləşmə, canın düşər azara,
Axmaq olub, çəkmə malı bazara,
Sonra, Vallah, qalacaqsan avara,
Sakitçənə çörəyini batır şora,
Ay binəva, sən hara, dollar hara
Anlamazsan bu oynana