Unuda bilmirəm!
Çox illər keçsədə bu sevgimizdən,
Mən səni unuda bilmirən gülüm.
Çox şeyi alsada bu illər bizdən,
Mən səni unuda bilmirən gülüm!
Gözümdə canlanır xatirələrin,
Mənalı baxışın, gülən gözlərin,
Məni incitsədə acı dillərin,
Mən səni unuda bilmirən gülüm!
Sən gəldin ömrümə, bir bahar kimi,
Məhəbbət acına, bir nahar kimi
Unudur, unutsun kimlərsə, kimi,
Mən səni unuda bilmirən gülüm!
Sən bir çox dərdimə olmusan həmdəm,
Mənə şərik olub, çəkmisən çox qəm,
Qoy duysun, eşitsin bu dünya, aləm,
Mən səni unuda bilmirən gülüm!
Səhfimi, düzümü anlamışam mən,
Bu qədər inadkar olma gülüm sən,
Zauru, nə olar sən əfv edəsən,
Mən səni unuda bilmirən gülüm!
03.12.2019 Zaur Bəhramoğlu