Mənə məhəbbətdən danışma,qardaş,
ürəyim yaradan oyum-oyumdu...
Məni hədəf bildi hər naqafil daş,
ağrılar həyatda ömür payımdır!...
Yaşamaq arzusu dünyaya sığmaz,
həyat da o qədər şirin olub ki...
O xallı qız daha yoluma çıxmaz,
özü səadətə rast gəlsin təki!...
Anam da gileyli,gəlin istəyir,
ana ürəyinin arzusu çoxdur...
Bir qızı yanımda çox tərifləyir,
mənim ürəyimdən xəbəri yoxdur!...
Gülsəm də...Qəlbimdə var həsrət yükü,
kədərdir ömrümə-günümə sirdaş...
Yaman ağır olur məhəbbət yükü,
mənə məhəbbətdən danışma,qardaş!...