Kolit çox yayılmış xəstəlikdir. Bu xəstəlik zamanı yoğun bağırsağın divarları iltihablaşır.
Kolit kəskin və xroniki formalarda keçə bilər. Kəskin kolitin inkişafına salmonella, streptokokklar, stafilokokklar, dizenteriya və s. mikroorqanizmlər səbəb ola bilər.
Kəskin kolit zamanı insanı qarında kəskin spazmlar və ya dartıcı ağrılar, meteorizm, qarında qurultu kimi simptomlar narahat edir, hərarət 38 C kimi qalxa bilər, xəstə ümumi zəiflik hiss edir, iştaha ya heç olmur ya dakəskin azalır. Xəstədə ishal ola bilər, ishal zamanı selik və qan ifraz olunur. Kəskin kolit vaxtında müalicə olunmadıqda xroniki formaya keçir. Xroniki kolit müalicəyə çox çətin tabe olur.
Xroniki kolit zamanı simptomlar