Bir günə vətəndaşların 154 min manatı bank kartlarından oğurlanıb.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, xarici müdaxilələrlə vətəndaşların aldadılaraq bank kartlarından talamalar davam edir:
Aprelin 7-də vətəndaşların – 17451, 16000, 6697, 6321, 6000, 5000, 3700, 2000, 1968, 1800, 960, 420, 380, 250, 50 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.
Aprelin 8-də isə vətəndaşların – 20 min, 17 min, 16 min, 15 min, 7 min 800, 4 min 650, 2 538, 1 006, 350, 500, 900, 850, 200, 107, 60, 56, 50 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.