Qara Bayraqları Dalğalandıraq!
Müəllif: Tural Həmzəyev
Hər gün Aşuradır, Hər yer Kərbəla,
Huseyn(ə) aşiqinə gəlməz heç bəla,
Ədalət ipindən hörərək qala,
Qara bayraqları dalğalandıraq!
Dünyanı İslamla aydınlandıraq!
Əymədi Abbas(ə)-ı qılınc və nizə,
Kəsildi qolları, ox dəydi gözə,
Qibtə eyləyərək can Əbəlfəz(ə)-ə,
Qara bayraqları dalğalandıraq!
Dünyanı İslamla aydınlandıraq!
Kimki yas saxlayır geyərək qara,
O kəsə dərmandır Həzrəti Zəhra(s.ə),
Zalımlar zülm etsə, düşsək də dara,
Qara bayraqları dalğalandıraq!
Dünyanı İslamla aydınlandıraq!
İşğal altındadır Qarabağ, Şuşa,
İntiqam hissiylə dolmuşuq yaşa,
Allahdan güc alıb gələrək cuşa,
Qara bayraqları dalğalandıraq!
Dünyanı İslamla aydınl