Tərkibi ⓠ 1 şəhər, 3 qəsəbe,105 kənd
Ərazisi ⓠ 0.72 min km2
Əhalisi ⓠ 202,728 min nəfər
Masallı rayonu ilə Bakı şəhəri arasında olan məsafə - 232 km
Masallı rayonunun telefon kodu 0-151
⢠ Masallıya səyahət
⢠ Masallıda iş qurmaq
⢠ Masallıda sərmayə qoymaq
⢠ Masallı Fakt və Rəqəmlərdə
Coğrafi mövqeyi
Masallı rayonu Bakıdan cənubda Lənkəran və İrana gedən əsas yol boyunca yerləşir.Rayon bir tərəfdən Xəzər dənizi ilə,digər tərəfdən Talış dağları ilə əhatə olunmuşdur.Relyefinə görə rayonu şərti olaraq,dağlıq və düzənlik hissələrə bölmək olar.Dağlıq hissə Talış dağlarına,düzənlik hissə isə Lənkəran ovalığına yaxın ərazini əhatə edir.Bu ərazi Lənkəran,Lerik,Yardımlı,Cəlilabad,Nefttçala rayonları ilə həmsərhəddir. Zəngin bitki aləminə malik olan bu diyarda təşkil edilmiş Qəriblər və Yenikənd meşə təsərrüfatlarında fıstıq,vələs,dəmirağacı,qızılağac,palıd və başqa qiymətli ağac növləri qorunub saxlanılır.Yay vaxtı buraya gələnlər xüsusilə çox olur.Onların arasında sadəcə olaraq təbiətin gözəlliklərindən zövq almaq üçün buraya üz tutanlar da,revmatizm xəstəliyindən əziyyət çəkdiklərinə görə müalicə üçün gələnlər olur.
İqlimi
Buranın iqlimi rütubətli subtropikdir.Ən isti ayı iyul (40 °C.),ən soyuq ayı isə yanvardır (3-4 °C)
Əhalisi
Rayon əhalisinin sayı 202728 min nəfərdir. Əhalinin orta sıxlığı 1 km2-də 277 nəfərdir. Əhalinin 16 %-i şəhərdə, 84 %-i isə kəndlərdə yaşayır.Rayon əhalisinin 50.2 %-i kişilər, 49.8 %-i isə qadınlar təşkil edir.İri yaşayış məntəqələri Masallı şəhəri,Boradigah,Ərkivan,Masallı qəsəbələridir.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 2
masalli qizilagac kendine salamlar
очень красивый район