Cəlilabad rayonu Azərbaycanın qədim yaşayış məskənlərində ndir.Bu ərazidə Azərbaycanın keçmişindən xəbər verən iki qədim şəhər var.Bunlardan biri olan Həməşərə şəhəri eradan əvvəl II minilliyə aiddir.Qədim mənbələrdə şəhərin 3 metr hündürlüyündə möhtəşəm qala ilə əhatə olunduğu göstərilmişdir.Ərəb istilasından sonra Həməşərə şəhəri dağıdılmış və sonrakı dövrdə Hasıllı şəhəri məşhurlaşmışdır. Haqqında danışılan iinci şəhərgah Bəcirəvan şəhəridir. Bura VIII-ci əsrə dair xəritədə badjravan kimi qeyd edilmişdir.Bəcirəvan şəhərinin xarabalıqları hələ indidə qalır. Bu şəhər möhtəşəm qala ilə əhatə olunmuşdur.Burda tunc dövrünə aid çoxlu ox ucları , qılınclar, qara gil qablar aşkar edilmişdir. Bu şəhərdən Xəzər dənizinə kimi 15 tökmə təpə var. Bir zaman bu şəhər Muğanın mərkəzi olub. Ərəblər Azərbaycanın şimalına hücuma burdan başlamışlar. XIX əsrin 30-cu illərində rusların azərbaycana köçürülməsi nəticəsində azərbaycanlılarla rusların birgə məskunlaşdığı Astraxanbazar şəhəri əyalətin mərkəzonə çevrilmişdir.
Cəlilabad rayonu 8 avqust 1930-cu ildə Astraxanbazar adı ilə təşkil edilmişdir. 2 iyul 1967-ci ildə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin şərəfinə Cəlilabad adlandırılmışdır.
Flora və Fauna
Cəlilabadda 14.7 min hektar meşə, habelə quş quşlaqları vardır.Heyvanlardan dovşan, qaban, porsuq, canavar, tülkü, çaqqal və qunduz, quşlardan qartal, qarğa, turac, torağay, ördək, qaz, qaşqaldaq, qirqovul, leylək və dovlaq yaşayır.
Tarixi və memarlıq abidələri
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев