Lerik rayonu 1930-cü ildə yaradılmışdır. 1938-ci ilədək Zuvand rayonu adlandırılmışdır.
Dağlar diyarı Lerik rayonunun özünəməxsus tarixi var. Rayonun ərazisində yaşayışın hələ neolit dövründə olmasını sübut edən çoxsaylı mədəniyyət və tarixi abidələr mövcuddur. Bu abidələr hələ də fundamental şəkildə araşdırılmasını gözləyir. Şəhərə yaxın ərazidə yerləşən Cəngəmiran kəndindəki qədim tarixə malik məzarlığın da öyrənilməsinə böyük ehtiyac var. Dövrümüzə çatan yazılı mənbələrdə Cəngəmiran kəndi haqqında ilk dəfə coğrafiyaşünas alim Həmdullah Qəzvini məlumat verib. O, kəndi Zuvand mahalının mərkəzi kimi göstərib. Bu isə IV əsrdə olub. Cəngəmiran kəndinin qədimliyini onun ərazisində yerləşən məzarlıq sübut edir.
Flora və Fauna
Lerik rayonu Zəngin flora və faunaya malik olan nadir ağaclarla zəngin olan 40 min hektara yaxın meşə massivi, Peştəsər və Talış dağ silsilələri, dəniz səviyyəsindən 2300-2400 metr yüksəklikdə olan təbiət abidələri, Qız yurdu, Kömürgöy yaylası, Qız qalası, Oğlan qalası, Unokal təbiət güşəsi olan, endemik bitki örtüyünə malik olan gözəl və mənzərəli rayondur. Böyük buzlaşmaya məruz qalmayan ərazilər, istirahət üçün hər cür şəraiti olan, təbiətlə eynilik təşkil edən turizm bazaları, dağ şəlalələri vardır.
Bir hissəsi Lerik rayonu ərazisində yerləşən Zuvand Dövlət Təiət Yasaqlığının yaradılmasında əsas məqsəd dağ quru bozqır şəraitində bezoar keçisi, kəklik, Qaya keçisi və.s. heyvanların qorunmasıdır. Əsasən yabanı dənli və paxlalı dənli bitki qurupları üstünlük təşkil edir. Yasaqlığın ərazisi heyvanlar aləmi ilə çox zəngin deyildir. Burada kaftar, çöl donuzu, dovşan , canavar, tülkü və. s. heyvanlar yayılmışdır. Meşələrdə və Lerik çayının sahillərində qaban, dovşan, tülkü, kəklik və ördək ovlamaq üçün əlverişli şərait var. Meşələrin əlçatmaz yerlərində dağlarda bəbirə də rast gəlmək olar.
Tarixi və memarlıq abidələri
Banklar
Xəstəxana və digər müəssisələr
Lerik Rayon Mərkəzi Xəstəxanası
H.Əliyev meydanı.
Tel.: 0175-4-60-45,
0175-4-54-80
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев