Üz tutdum qiblənə,yoluna,
Səcdə etdim uca dərgahına
Sən güc verdin yüksələn imanıma
Allahim!Məni namazdan ayırma.
İzin ver sığınım Sənə,
İmanıma iman qatım yenə,
Ruhum namazla çiçəklənə
Allahım!Məni namazdan ayırma.
Səni unutduracaqdan uzaq eylə.
Yoluma səmt qoy yalnız qiblə ilə,
Qoyma qəlbim dola üsyanla,gileylə
Allahım!Məni namazdan ayırma
Taqətimi alma mənim əlimdən,
Sübhanallah düşməsin qoy dilimdən,
Mələklər əksik olmasın çiynimdən.
Allahım!Məni namazdan ayırma.
Son nəfəsə qədər edim ibadət,
Həkk olunsun qəlbimə hidayət.
İzninlə, edim Kəbəni ziyarət,
Allahım!Məni namazdan ayirma.