Gecəyə bir şeir...
Ayrılığın qısa tərifi... 😞
Baxırsan, aradan on payız keçib,
Hələ də xəyalın uzaqlardadır.
Fikirlər on ildir sürüyür səni,
Görəsən kimlədi, görən hardadı?
Saçları, gözləri, gülüşü, özü,
Kimin halalıdır, kimin görəsən?
O əllər, dodaqlar... lənətə gəlsin,
Dönürsən dəliyə düşündükcə sən.
Bir qələm, bir kağız, bir şüşə içki,
Sanki, hər misrada yox olacaqsan.
Hər görən deyir ki, "o qədər içmə,
İçki şüşəsində boğulacaqsan."
Bir gecə yuxunu qatıb durursan,
Sübhəcən qalırsan gözləri ağlar.
Ah, kimə deyəsən, kimə bu dərdi?
Siqaret... əlbəttə, başqa kimin var?!
O ağrı, sızıltı rahat buraxmır,
Deyirsən, "mən hara, yaşamaq hara".
Baxma e, nə olsun, ömür tez keçir,
Adam gec öyrə