YaşA, Yaşa Azərbaycan
Getdi Göyçə, həm İrəvan.
Dərbənd, Borçalı Savalan.
Çoxunu da aldı İran.
Çox demişik yalan, palan.
Yaşa, yaşa Azərbaycan!!!
Qarabağdakı erməni.
Heç, düşündürürmü səni?
Açıqla, agah et məni.
Nə oldu Babək, Cavidan?
Yaşa, yaşa Azərbaycan!!
Siyasətdə birinciyik.
Fərasətdə ikinciyik.
Cəsarətdə neçənciyik?
Çox eyləmə o yan, bu yan.
Yaşa, yaşa Azərbaycan!!!
Neftimiz bol, qazımız bol.
Qonaqlara nazımız bol.
Dubayda da qızımız bol.
Yalan sözdü namus, filan.
Yaşa, yaşa Azərbaycan!!!
Girdim sauna həm bara,
Baleh oldum oyunlara.
Bu xodla gedirsən hara?
Nə etsin Fatma, Tükəzban?
Yaşa, yaşa Azərbaycan!!!
Fəxr edə bilmir analar.
Çün çətinləşib xanalar.
Akkord ucaldır binalar.