Artıq sözlərim də ayrılıq dadır.
İstədim yolumu yönəldəm sənə,
Sənin həyatının səmti başqadır.
Həsrətdən uzaqsan, deyib-gülürsən,
Həsrətdən günbəgün əriyən mənəm.
Sən "xoşbəxt yollar"la gedib-gəlirsən,
Əzablı yollarda yeriyən mənəm.
Artıq qovuşmağa ümidimiz yox,
Bu həsrət, intizar qəlbi göynədir.
Mən subay oğlanam, sən evli qadın,
Daha görüşməyin mənası nədir?
Sadiq ol ərinə azından barı,
Sızlatma onun da məntək qəlbini.
Onu da təkliyə düçar eləmə,
Mənim həyatımdan getdiyin kimi.
Boğulur bəbəklər göz yaşlarımda,
Gözümün yaşıyla yağışa tənəm.
Məndə ağıla bax, hələ də səndən,
Bir zərrə məhəbbət, eşq uman mənəm.
Yox...bunu anlasın ürəyim gərək
Getdiyim yolları qayıdam geri.
Bu da bir yazıymış, "ya qismət" deyək,
Sən ayrı birisən, mən ayrı biri.
Mənimçün nə ağla, nə saçını yol,
Yaşa həyatını firavan və şən.
Sevgidən nifrətə bir addımmış yol,
İndi həmin yolun yolçusuyam mən.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев