yorulmuşdu ürəyim.
mənə fərqi yox idi
o qapıdan sən gəldin,
ya da sənin küləyin.
Sən gələndə gec idi
qalmamışdı həsrətim.
səni düşmən bilmirdim
inan ki azalıbdı
sevgi qoxan nifrətim.
Sən gələndə gec idi
unutmuşdum səhəri
dirigözlü acmağı!
büdrədiyim həyata
sənsiz davam edirəm.
səhərlər adam kimi
qalxıb işə gedirəm.
Sən gələndə gec idi
soyumuşdu hislərim
sanki o mən deyildim
səni dəli tək sevən!
hələ təəccüb edirəm
sənin kimi cansızı
necə sevmişdim ki mən?
Sən gələndə gec idi
yad gəlirdin könlümə
daha mənim ömrümün
yazı, qışı deyildin
kökəlmişdin elə bil
sanki mənım sevdiyim
həmin kişi deyildin.
Sən gələndə gec idi
indi xatırlamıram
nədən ayrıldıq ki biz?
yoxsa səbəb xəyanət
adi qadınmı idi?
yaman huşsuz olmuşam
inan ki unutmuşam
sənin adın nə idi?
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев