ocağındasan.
Mən özgə birinə aidəm indi.
Sən məni sevirsən məndəki səni.
Ən böyük sevgiyə - şahidəm indi.
--------------------------------------
-----------------
Biz ayrı dünyanın insanlarıyıq.
Mənim qismətimə yazılmamısan.
Sən ki həqiqətdə röyya kimisən.
Min yerə yozmuşam yozulmamısan.
--------------------------------------
------------------
Mənə cox çətindir sənsiz yaşamaq.
Səndə deyirsən ki qala bilmirəm.
Bir çarə tapmıram mən nə edim nə ?
Məndə sənsiz nəfəs ala bilmirəm.
--------------------------------------
-------------------
Hər gecə düsünub oluram dəli-
-ki sən özgəsinin yatağındasan.
Sonra deyirəm ki, səndə mənim tək-
-düsünüb deyərsən - bəs sən
hardasan ?
--------------------------------------
-------------------
Bu necə sevgidir necə məhəbbət.
Qovuşmaq imkansız ayrılmaq ölüm.
Sən özgə birinin qollarındasan.
Mən özgə biriylə çəkirəm zülüm.
--------------------------------------
--------------------
Bu sevgi verdikcə zülümlər bizə.
Xəstə ürəyin tək titrədim - əsdim.
Bizim qismətimiz belə yazılıb.
Ya sən gecikmisən ya mən tələsdim.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 2