PKK-nı terror təşkilatı kimi tanımırıq.
Bu sözləri Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov bildirib.
Rusiyalı səfir Suriya və İraq rəhbərlikləri ilə razılıq əldə etdikdən sonra bu ölkələrdə əməliyyatlara başladıqlarını vurğulayıb.
Suriyada PYD və YPG təşkilatlarına silah yardımı etmədiklərini deyən Karlov məsələ ilə bağlı Türkiyə səfirliyinə çağırıldığını qeyd edib:
"Bir neçə gün əvvəl məni Türkiyə Xarici İşlər Nazirliyinə dəvət etdilər. Biz ikitərəfli əlaqələrlə bağlı bir sıra məsələləri müzakirə etdik. Bunların arasında Suriya kürdləri ilə bağlı danışıqlar da oldu. Türkiyəli həmkarım bizim PYD ilə münasibətlərimizdən narahat olduqlarını bildirdi".
Karlov PYD-nin PKK ilə əlaqələrinin olduğunu, Rusiyanın beynəlxalq əlaqələrinin də heç bir zaman hər hansı bir ölkənin maraqlarını hədəf almadığını bildirib.
PKK ilə bağlı Türkiyənin narahatlığını anlayışla qarşıladıqlarını deyən Karlov PKK və PYD-nin nə Rusiya, nə də Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən terror təşkilatı kimi tanındığını vurğulayıb.

Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 1