Şah vəzirinə dedi: Sənə 3 sual verəcəm sabah cavabını desən qalacaqsan yoxsa vəzifədən kənarlaşdırılacaqsan 1- ci sual: Allah nə yeyir? 2- ci sual: Allah nə örtür? 3- cü sual: Allah nə edir? Vəzir cavabları bilmədiyindən narahat idi. Onun zirəng və ağıllı bir qulu var idi. Quluna dedi: Şah 3 sual soruşub cavabını verməsəm vəzifədən kənarlaşdırılacam: Allah nə yeyir? Allah nə örtür? Allah nə edir? Qul dedi: Hər üçünü bilirəm amma ikisini indi və üçüncünü sabah deyəcəm. O ki qaldı Allah nə yeyir Allah bəndələrinin qəm- qüssəsini yeyir O ki qaldı nə örtür Allah bəndələrinin eyblərini örtür. Üçüncünün cavabını isə icazə verin sabah deyim. Səhəri gün vəzir və qulu şahın hüzuruna getdilər. Vəzir i