2- ci sual: Allah nə örtür? 3- cü sual: Allah nə edir? Vəzir cavabları bilmədiyindən narahat idi. Onun zirəng və ağıllı bir qulu var idi. Quluna dedi: Şah 3 sual soruşub cavabını verməsəm vəzifədən kənarlaşdırılacam: Allah nə yeyir? Allah nə örtür? Allah nə edir? Qul dedi: Hər üçünü bilirəm amma ikisini indi və üçüncünü sabah deyəcəm. O ki qaldı Allah nə yeyir Allah bəndələrinin qəm- qüssəsini yeyir O ki qaldı nə örtür Allah bəndələrinin eyblərini örtür. Üçüncünün cavabını isə icazə verin sabah deyim. Səhəri gün vəzir və qulu şahın hüzuruna getdilər. Vəzir iki sualın cavabını verdi. Şah dedi: Düzdür. Amma de görüm cavabları özün dedin ya başqasından soruşdun. Vəzir: Mənim bu qulum ağıllı insandır cavabları o dedi. Şah dedi: Vəzirlik paltarını çıxar ver bu qula. Qul da nökərçilik paltarını çıxarıb verdi vəzirə. Sonra vəzir quldan soruşdu ki, üçüncü sualın cavabı nə idi? Qul: Hələ başa düşmədin ki, Allah nə edir? Allah bir anda qulu vəzir və vəziri qul edir.Hemd olsun. Yaradanmiza!!!
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Нет комментариев