Zikrin faydalarıZikr şeytanı qovar, alçaldar və peşman edər. Ər-Rəhman olan Allahı isə razı salar.Zikr Allah sevgisini, yaxınlığını, müşahidəsini, qorxusunu, tövbəni və itaətkarlığı hasil edər.Zikr qəlbdə olan kədəri, qəmi, qüssəni aparar və fərəhi hasil edər. Qəlbə həyat, güc və paklıq gətirər.Qəlbin elə boşluqları var ki, onları Allahın zikrindən başqa, heç nə doldura bilmir. Qəlbin elə sərtliyi var ki, onu Allahın zikrindən başqa, heç nə yumuşalta və əridə bilməz.Zikr qəlbin dərmanı, müalicəsi, gücü və əvəzolunmaz ləzzət mənbəyidir. Qəflət isə qəlbin xəstəliyidir.Zikrin az oxunması nifaqın, çox oxunması isə iman gücünün və Allah məhəbbətinin sadiqliyinin əlamətidir. Çünki ki
"Dua edirəm amma duama cavab verilmir..." deyənləri ayıldacaq sözlər.-----------------
İbn əl-Cəvzi rahimahullıah dedi:
"Əgər sən çox çətin durumdasansa və bundan qurtulmaq çox çətindirsə, yeganə çıxış yolu budur ki, duaları öz günahlarından tövbə edərək edəsən. Çünki günahlar cəzanı tələb edir. Əgər günahdan tövbə etmisənsə, cəza üçün səbəb də mövcud deyildir.
-
Əgər tövbə və dua edirsən, lakin cavab yoxdursa, o zaman əməllərinə nəzər yetir. Ola bilər ki, tövbənin şərtləri tamamlanmayıb. Bunu da düzəlt sonra yenə dua et və heç zaman dua etməkdən yorulma. Ola bilər fayda elə cavabın gecikməyindədir və nəticədə bu gecikmə sənə daha çox xeyir gətirəcək. Bəlkədə fayda sənin istədiyində yox onun
Heyvanlara əziyyət vermək yox, əksinə, onlara qarşı mərhəmətli davranmaq lazımdır. Peyğəmbərimiz (Allahın ona salavatı və salamı olsun) buyurmuşdur:
Mənə Cəhənnəm göstərildi. Orada İsrail övladlarından pişiyi ölənədək bağlı saxladığı və onun sərbəst dolaşmasına mane olduğu üçün əzaba düçar olunan bir qadın gördüm. Qadın pişiyi bağlı saxladığı müddətdə onu nə yedizdirmiş, nə də içizdirmişdir. Hətta yerdəki həşəratları yeməsinə belə imkan verməmişdir və pişik aclıqdan ölmüşdür" (Buxari, Muslim)