" deyənləri ayıldacaq sözlər.-----------------
İbn əl-Cəvzi rahimahullıah dedi:
"Əgər sən çox çətin durumdasansa və bundan qurtulmaq çox çətindirsə, yeganə çıxış yolu budur ki, duaları öz günahlarından tövbə edərək edəsən. Çünki günahlar cəzanı tələb edir. Əgər günahdan tövbə etmisənsə, cəza üçün səbəb də mövcud deyildir.
-
Əgər tövbə və dua edirsən, lakin cavab yoxdursa, o zaman əməllərinə nəzər yetir. Ola bilər ki, tövbənin şərtləri tamamlanmayıb. Bunu da düzəlt sonra yenə dua et və heç zaman dua etməkdən yorulma. Ola bilər fayda elə cavabın gecikməyindədir və nəticədə bu gecikmə sənə daha çox xeyir gətirəcək. Bəlkədə fayda sənin istədiyində yox onun əvəzində veriləcək başqa bir şeydədir.
-
Ona görə də əgər İblis sənə yaxınlaşır və: "Neçə dəfə Allaha dua etdin amma cavab verilmədi!" deyirsə sən ona: "Mən Allaha ibadət edirəm, dua edirəm və inanıram ki, duama cavab veriləcək. Ola bilər cavabın gecikməsində mənim üçün xeyir var. Hətta duama cavab verilməsə belə mənim ibadətim və itaətim artıq baş tutub."
-
Bu səbəbdən bir şey istəyən zaman istəyini arzuladığından daha xeyirlisi ilə birləşdir. Çünki dünya nemətləri barədə istəklər bir çoxlarının həlakına səbəb olmuşdur.""Səyd əl-Xatir" 249.Səhifə 343Olumu Xatirla.
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Нет комментариев