DOSTLUĞUMDA OLAN BÜTÜN QADINLARI QARŞIDAN GƏLƏN 8 MART BEYNƏLXALQ QADINLAR BAYRAMI MÜNASİBƏTİ İLƏ SƏMİMİ QƏLBDƏN TƏBRİK EDİRƏM! HƏMİŞƏ ƏZİZİLƏNİB, SEVİLİB, SEVƏSİNİZ, ƏZİZ QADINLAR!
DANDILAR Yurdum, yuvam deyib ağladıqlarım, Dədəmin viranə eviymiş demə. Şeir yazıb, dastan bağladıqlarım, Şair taleyimin nəfiymiş demə... Yadda qalan yurddan bir daş qalmayıb, Qaldırıb qoyasan daşı daş üstə. Hələ belə qansız vandal olmayıb, Niyyəti, əməli, xisləti xəstə. Yurdumu yer ilə yeksan edəni, Alıb qucağına bəsləyir dünya. Arxada dığıya vəd verib, bizi Üzdə barışığa səsləyir dünya. Daha inanmıram belə dünyaya, Başdan ayağacan saxtakardılar. Həqiqət olanı görəmmədilər, Əyriyə söykənib, düzü dandılar. Başdan ayağacan yapyalandılar...
SƏN CAVAB VERƏCƏKSƏN
Acgöz xislətinə,
Gəl Yeri silkələmə.
Göz dikib qonşulara,
Yeni yer bəlgələmə.
Hər doğan bir niyyət,
Yeni qanlar salacaq.
Hər yetim qalan körpə,
Böyüyb qan alacaq.
Gəl nifrət toxumun,
Səpmə sən yer üzünə.
Hər nifrət tikan kimi,
Batacaq öz gözünə.
Şairəm, deməliyəm,
Sən əməl etməsən də.
Eşitməyə qəlb gərək,
O da ki, yoxdu səndə...
Tarixdə olubsa nə,
Atıram zamanına.
Bu gün etdiklərinin,
Sorğu var cavabına.
Dünən qardaş dediyin,
Slavyan torpağına,
Saldığın oda görə,
Terrorçu, benderlər,
Millətçi ada görə,
Sən cavab verəcəksən.
Dağılan şəhər, kəndə,
Hər körpüyə, hər bəndə,
Yarımçıq ömürlərə,
Zirzəmidə doğulan,
Doğulmamış boğulan,
Günahsız körpələrə,
Sən cavab verəcəksən.