Предыдущая публикация
Yurdum, yuvam deyib ağladıqlarım,
Dədəmin viranə eviymiş demə.
Şeir yazıb, dastan bağladıqlarım,
Şair taleyimin nəfiymiş demə...
Yadda qalan yurddan bir daş qalmayıb,
Qaldırıb qoyasan daşı daş üstə.
Hələ belə qansız vandal olmayıb,
Niyyəti, əməli, xisləti xəstə.
Yurdumu yer ilə yeksan edəni,
Alıb qucağına bəsləyir dünya.
Arxada dığıya vəd verib, bizi
Üzdə barışığa səsləyir dünya.
Daha inanmıram belə dünyaya,
Başdan ayağacan saxtakardılar.
Həqiqət olanı görəmmədilər,
Əyriyə söykənib, düzü dandılar.
Başdan ayağacan yapyalandılar...
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Комментарии 3