Acgöz xislətinə,
Gəl Yeri silkələmə.
Göz dikib qonşulara,
Yeni yer bəlgələmə.
Hər doğan bir niyyət,
Yeni qanlar salacaq.
Hər yetim qalan körpə,
Böyüyb qan alacaq.
Gəl nifrət toxumun,
Səpmə sən yer üzünə.
Hər nifrət tikan kimi,
Batacaq öz gözünə.
Şairəm, deməliyəm,
Sən əməl etməsən də.
Eşitməyə qəlb gərək,
O da ki, yoxdu səndə...
Tarixdə olubsa nə,
Atıram zamanına.
Bu gün etdiklərinin,
Sorğu var cavabına.
Dünən qardaş dediyin,
Slavyan torpağına,
Saldığın oda görə,
Terrorçu, benderlər,
Millətçi ada görə,
Sən cavab verəcəksən.
Dağılan şəhər, kəndə,
Hər körpüyə, hər bəndə,
Yarımçıq ömürlərə,
Zirzəmidə doğulan,
Doğulmamış boğulan,
Günahsız körpələrə,
Sən cavab verəcəksən.
Kəsilən ayaqlara,
Üzülən o əllərə,
Boş qalan beşiyini,
Sızlayıb qucaqlayan,
Ağlayan gəlinlərə,
Ağı deyən dillərə,
Sən cavab verəcəksən.
Divar altda qalanlara,
Dünyası talanlara,
Açılmamış solanlara,
Dediyin yalanlara,
Allahsız əməllərə,
Sən cavab verəcəksən.
Taptanan zəmilərə,
O batan gəmilərə,
Avropaya yol alıb,
Bürünüb bir ürpəyə
Tək gedən o körpəyə,
O qocaya, o əlilə,
Ağıllıya, dəliyə
Sən cavab verəcəksən.
Törətdiyin əməllər,
Saymaqla bitən deyil.
Sən çoxdan bilirsən,
Dünya söz verəndi,
Haraya yetən deyil.
Səni həvəsləndirən,
Elə budur bəlkə də..
Odur ki, göz dikirsən,
Gündə bir məmləkətə.
Amma gəl, unutma ki,
Axıracan o yudda,
Sən alov, od saçasan.
Qanunlardan qaçsan da,
O elin nifrətindən ,
Çətin ki, sən qaçasan.
O əbədi nifrətə də,
Zülümə, zillətə də
Sən cavab verəcəksən.
Kiyevə göndərdiyin ,
Qırılan əsgərlərə,
Yol güdən analara,
Yol güdən balalara,
Yanmış cəsədləri,
Gətirən tabutlara,
Dediyin yalanları,
Göstərən sübutlara,
Sən cavab verəcəksən.
BMTdə səninlə ,
Ya gizlində, ya aşkar,
Bir cərgədə duran da,
Sakitcə bir tərəfə ,
Çəkilən bitərəf də,
O tilsimli oyun da,
O düyünlü kələf də,
Günahkadır, günahkar,
Sənin tək, buna inan.
Azmı, de, batırıbdır,
Köməyə gələnini,
Özüylə batan insan.
Bax, bu batanlara,
Mürgülü yatanlara,
Yaxasın çəkənlərə,
Önündə çökənlərə,
Haçansa ayılanda,
Sən cavab verəcəksən.
Unutdunmu, əfqanı,
Getmişdin sındımağa,
Guya ki, qandımağa?
Sənə qan ududurdular,
Ürəyindən vurdular.
Zorunan qaçdın ordan.
Eyni xislət gözləyir,
İzləyir indi səni.
Heyif, dərs almamsan
Hələ də olanlardan.
İnanıram, Ukrayna
Zəfərini çalacaq.
Bu zəfərlə Yer üzü
Zülmətdən qurtulacaq.
10-03-2022
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Комментарии 1
Əəəəla